"Tanrıya və ailəmə şükür edirəm" - Kadi Borges

10.06.2022 11:15 710
Premyer-liqa
"Qarabağ"ın futbolçusu Kadi Borges şəxsi "instaqram" hesabında paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycandakı ilk mövsümü haqda bunları deyib:

"İlk ilimdə premyer-liqada və ölkə kubokunda çempion oldum, ən yaxşı oyunçu və bombardirlik mükafatı aldım. Bunun üçün çox xoşbəxtəm. Hər zaman yanımda olduğu üçün Tanrıya və ailəmə şükür edirəm".