Yunis Hüseynov: "Hələ dəqiq bir şey yoxdu" - AÇIQLAMA

13.05.2022 21:31 667
Aktual / Manşet
Növbəti mövsümdən premyer-liqada çıxış edəcək “Turan Tovuz”un yeni baş məşqçisinin adına sabah aydınlıq gələcək.

“Football-plus.az” xəbər verir ki, bunu klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev “Futbol+”ə açıqlamasında deyib. Tovuz təmsilçisinin rəsmisi həmçinin bu posta 4 namizəd olduğunu da bildirib. Söhbət Ayxan Abbasov, Əsgər Abdullayev, Ramin Quliyev və Yunis Hüseynovdan gedir.
Görəsən, adı çəkilən mütəxəssislər bununla bağlı nə düşünür? Onlar “Turan Tovuz”u çalışdırmağa razıdı? Bunu öyrənmək üçün məşqilərlə əlaqə saxladıq.
Yunis Hüseynovun məsələ ilə bağlı fikirləri belə oldu:

“Məsələ ilə bağlı aramızda danışıq olub. Amma hələ dəqiq bir şey yoxdu. Oqtay müəllim 4 namizəd arasında mənim də adımı çəkib. İclasdan sonra, yəqin ki, açıqlanacaq. Təklifə müsbət yanaşıram. Hər bir məşqçi çalışmaq istəyər. Həmçinin də mən. Məsləhət görülsə, işləyərik”.


SƏNƏM FƏRHADOVA