• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çelsi"nin satılması hansı dəyişiklərə səbəb olacaq? - YAZI

Manşet / Yazarlar

13-05-2022, 13:0

“Çelsi” şənbə günü səhər saatlarında rəsmi saytı vasitəsilə son razılıqdan xəbər verib: klub Roman Abramoviçdən başqasının mülkiyyətinə keçir.

Əvvəlcə xəbərin qısa məzmununu anladaq: Todd Boeli, Mark Uolter və Hansyorq Vissin rəhbərlik etdiyi yeni sahibkarlar qrupu ilə şərtlər razılaşdırılıb, bu məsələ dövlət və premyer-liqa ilə də razılaşdırıldıqdan sonra mayın sonunda satış əməliyyatı bitəcək, sövdələşmə ilə bağlı bütün detallar onda açıqlanacaq.

Klub neçəyə satılıb və pul hara gedəcək?

“Çelsi” dərhal detalları açıqlayıb. Yeni sahiblərin investisiyasının ümumi həcmi 4,25 milyard funt (4,9 milyard avro) olacaq. Bu məbləğ iki hissədən ibarətdi. Klubun səhmlərinə görə ödəniş 2,5 milyard funtdu. Yəni Abramoviç klubu sakit şəraitdə satsaydı, bu pul ona çatacaqdı. Amma yəhudi milyarder Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə sanksiyalara məruz qaldığından pul Britaniyadakı bank hesabına köçürüləcək və o, həmin puldan yararlana bilməyəcək. Əvvəlcədən nəzərdə tutulduğu kimi, 2,5 milyard funt xeyriyyə məqsədi ilə xərclənəcək. Klub razılıq əldə olunan gün bir daha bu planı təsdiqləyib. 1,75 milyard funt isə yeni sahiblərin kluba yatırımıdı. “Çelsi” bildirir ki, bu məbləğ inkişaf layihələrinə xərclənəcək: stadiona, klub akademiyasına, qadınlardan ibarət komandaya və s. və i.a.

“Çelsi”ni kim alıb?

Tedd Bolei – Los-Ancelesin “Docers” beysbol klubunun həmsahibi (səhmlərin 20 faizinə malikdi), amerikalı biznesmen. 46 yaşı var, 4,5 milyard dollar varidata malikdi.

Mark Uolter – o da amerikalıdı, “Docers”in əsas sahibidi. Britaniya mediasının yaydığı xəbərə görə, prosesin gedişində Boelinin dəvəti ilə bu işə qoşulub. 62 yaşlı biznesmenin 3,9 milyard dolları var.

Hansyorq Viss – tibb sahəsində var-dövlətə yiyələnən isveçrəli sahibkar. “Çelsi”yə yiyələnməklə bağlı təklif aldığını etiraf edən ilk şəxslərdən biridi. 86 yaşı, 5 milyard dolları var.

Yuxarıda vurğuladığımız kimi, bu sövdələşməni hakimiyyət orqanları və İPL də təsdiqləməlidi. Britaniya hökumətinin satışla balı verdiyi lisenziyanın fəaliyyət müddəti mayın 31-də bitir. Məhz buna görə Boeli sövdələşməni üç həftə ərzində bitirməyə köklənib. İPL-in yeni sahibləri və klub direktorlarını yoxlaması standart prosesdi. Təbii ki, əsas addım atılıb – tərəflər alış-satış şərtlərini razılaşdırıb.

Yeni sahiblərin qarşısında qoyulan şərtlər

“The Telegraph” xəbər verir ki, yeni konsorsium klubun idarəçiliyinə görə 2032-yə qədər dividend götürməməlidi. Qarşıdakı 10 ildə səhmlərin satışı da qadağandı. Kluba müəyyənləşdirilən borc hüdudlarından kənara çıxmaq sərt şəkildə qadağan olunub.

İndi də Boelinin personası ilə yaxından tanış olaq. O, ABŞ-ın ən qədim ali təhsil müəssisələrindən olan Uilyam və Meri (Virciniya ştatı) kollecində təhsil alıb. Todd etiraf edir ki, ortabab tələbə olub və universiteti bitirəndən sonra maliyyə sahəsinə necə qədəm qoyacağını bilmirmiş. Hərçənd məhz “Maliyyə idarəçiliyi” ixtisası üzrə təhsil alıb. Belədə uğur üçün mütləq nəsə tələb olunurdu. Məktəb müəlliminin məsləhəti ilə Todd “Siti” bankının London filialında staj keçmək üçün ərizə yazır. Praktika ilə paralel London İqtisadiyyat Məktəbində də təhsil alır. Ardından ABŞ-a qayıdır, 1996-cı ildə İsveçrənin maliyyə konqlomeratı “Credit Suisse Group”un investisiya-bank bölməsi olan “CS First Boston”da işə başlayır. Həmin andan etibarən karyerası yüksəliş mərhələsinə qədəm qoyur. 5 ildən sonra “Guggenheim Partners” bankına keçir, burda kredit-investisiya biznesini işə salır və bir qədər sonra prezident vəzifəsini tutur.

Boeli uğur tarixçəsini bu sözlərlə anladır:

“Sadə məntiqlə yaşamışam. Nəyisə edəcəyimi demişəmsə, etmişəm. Nəsə etməyə qadir olan adam imiciniz formalaşandan dərhal sonra poçt qutunuzda çoxlu maraqlı ideya peyda olur”.


2012-ci ildə Boeli “Los-Anceles Docers” beysbol klubunun həmsahibinə çevrilir. Onun da sıralarında olduğu “Guggenheim Baseball Management” konsorsiumu klubu 2,15 milyard dollara alır. Həmin vaxt bu, tarixdə peşəkar idman komandasının satılmasına dair ən nəhəng müqavilə idi. Əvvəlki rekord “Mançester Yunayted”i alan Qleyzerlərə məxsus idi. “Docers” həmin vaxtdan bəri 8 dəfə öz divizionunun, 3 dəfə Milli Liqanın, nəhayət, 2020-də isə əsas beysbol turniri olan Dünya Seriyasının qalibi olub.

Todd 2015-də “Eldridge Industries” holdinqini yaradıb. Bu holdinqin hazırda maliyyə, media, idman, daşınmaz əmlak və texnologiya biznesi sahəsində çalışan 80-ə yaxın şirkətdə payı var. Daha bir maraqlı detal: “Forbes”in dəyərləndirməsinə inansaq, Boelinin şəxsi varidatı 4,5 milyard dollar təşkil edir (müqayisə üçün xatırladaq ki, “Forbes” apreldə Abramoviçin sərvətini 6,9 milyard həcmində dəyərləndirib).

2019-da da “Çelsi”ni almağa cəhd edib

2019-da “Bloomberg”ə müsahibə verən Todd adi futbolu Amerika futbolu ilə müqayisə etmişdi:

“Futbol dünyadakı ən populyar idman növüdü. İnana bilmirəm ki, Amerika futbolu da adında bu sözdən yararlanır. Futbol hələ də dünyanın ən yaxşı məhsuludu, 90 dəqiqə isə oyun üçün ən optimal davamiyyət müddətidi”


Elə həmin il Todd Abramoviçə klubu 3 milyard dollara almaq təklifi ilə müraciət etmiş, lakin rusiyalı biznesmen təklifi yaxın buraxmamışdı.
Boeli fanat bazasına xitab edir

Əlbəttə, Boeli “Docers”i təkbaşına idarə etmir. Ancaq bu klubdakı fəaliyyətinə söykənib, “Çelsi”də yürüdəcəyi siyasəti də proqnozlaşdırmaq olar. O, yaxınlarda “Yahoo Finance”a verdiyi müsahibədə fanatları idmanın ən vacib hissəsi adlandırmış, diqqəti məhz azarkeşlərə yönəltməyə çağırmışdı. 46 yaşlı biznesmen “Çelsi”ni almaq ərəfəsində “Docers” nümunəsi əsasında bir daha fanatlarla işin vacibliyini izah edib:

“Heç nə idman qədər ehtirasları coşdurmur. Bu il “Docers”in stadionuna 4 milyon adam baş çəkəcək. Hələ ki liqada ən sərfəli biletləri biz satırıq, stadionumuz daim dolur. ABŞ-ın Milli Futbol Liqasında bütün gəlirlər klublar arasında bölünür. Beysbolda isə biz yalnız özümüzə güvənirik. İngiltərə premyer-liqası beysbolla oxşar sistemə malikdi – orda da hər nəhəng brendin struktur üstünlüyü var. Biz həmişə struktur üstünlüyünü tapmağa çalışırıq”.


ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-05-2022, 12:0

“Çelsi”nin satışı bu gün rəsmiləşəcək

Dünya futbolu

10-03-2022, 23:0

Abramoviç inadından dönmür

Dünya futbolu

28-05-2022, 20:0

“Çelsi” satıldı

Dünya futbolu

19-05-2022, 09:0

Dünyanın ən bahalı futbol klubları - SİYAHI

Dünya futbolu

23-03-2022, 20:0

Abramoviç indi də "Göztəpə"ni alacaq?

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə