• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Diplomat olmayan Samir Abasov - KÖŞƏ

Manşet / Yazarlar

12-05-2022, 14:0

“Qəbələ” ilə oyundan sonra Samir Abasov yenə mətbuatın gündəmini zəbt edib.

Bəli, çalışdırdığı komanda Konfrans Liqasına vəsiqə uğrunda az qala son damla qanından keçməyə hazır olan “Qəbələ”yə yenildi. Lakin ictimaiyyət, xüsusilə də “Neftçi” fanatları baş məşçqçini məğlubiyyətə yox, oyundan sonra onu istefaya səsləyən azarkeşlər barədə söylədiyi fikirlərə görə “yıxıb-sürüyür”.

Abasov yerli məşqçilər arasında özünəxas xarizmaya sahib, sözü üzə deyən, işini itirməkdən qorxmayan azsaylı mütəxəssislərdəndi. Bəlkə də onun əvəzinə başqa çalışdırıcı olsaydı, “Neftçi”dəki postunu itirməmək üçün hər fürsətdə azarkeşə, rəhbərliyə xoşgələn açıqlamalar verər, bəziləri kimi pafoslu fikirlər sələndirərdi. Ancaq onu ictimaiyyətə sevdirən, Samiri Samir kimi tanıdan da məhz xarakteri, ağa “ağ”, qaraya “qara” deməsidi.
Ümumiyyətlə, son vaxtlar ölkədə qəribə bir tendesiyanı müşahidə edirəm. Səbəbini bilmirəm, ancaq əksəriyyət düzgün olanı bir tərəfə qoyub, şirin yalanlar eşitmək istəyir. Məsələn, yığmanın baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına açıqlamasında Azərbaycan yığmasını xaraktersiz adlandırmışdı. Həmin vaxt kütlə az qala italiyan mütəxəssisi edam etmək, qoşa qala qapısının qarşısında dar ağacından asmaq istəyirdi. Niyə? Özümüz də yaxşı bilirk ki, De Byazi olanı deyib, reallığı dilə gətirib. Çoxları onun yığma ilə bağlı dediklərini başqa yerə yozdu, “biz 44 günlük Vətən müharibəsində qalib gələn ölkəyik” deyib, “xarakteri olmayan yığma” ifadəsi ilə razılaşmadı. Mən hələ də başa düşmürəm, Vətən müharibəsi hara, xaraktersiz yığma söhbəti hara...

Yenidən qayıdıram Samir bəyin azarkeşlərlə bağlı səsləndirdiyi fikirlərə. Abasov diplomat deyil, bu günə kimi də hansısa ölkədə fövqəladə səfir funksiyasını yerinə yetirməyib, heç konsul kreslosunda da əyləşməyib. Çılğın xarakterə malik baş məşqçidən hansısa məsələyə münasibət bildirərkən rəsmi cavab gözləmək, Roma Papasından müsəlmançılığı qəbul etməyi gözləmək kimi bir şeydi. O nəyi düşünüb, onu da dilinə gətirib. 8 ildən sonra “ağ-qaralar”a çempionluq sevinci yaşadan, cari mövsümdə gümüş medal qazandıran çalışdırıcı, heç şübhəsiz ki, nəyəsə əsaslanaraq o sözləri deyib. Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasının hələ 7-ci dəqiqəsində bir qrup azarkeş, fanat, tərəfdar, sifariş yerinə yetirənlər (necə istəyirsiz, elə də başa düşün) baş məşqçinin ünvanına qeyri-etik şüarlar səsləndirib, onu istefatya səsləyirsə, şübhəsiz ki, Abasovun da əsəbləri tab gətirməyəcək, deyilənlərə qarşılıq verəcək. Bəli, Samir bəy “CBC Sport”un əməkdaşının sualını belə cavablandırmamalı, fikirlərini daha yumşaq formada çatdırmalı idi. Ancaq o bilirdi kimin ünvanına söz atırdı və həmin insanlar da o sözlərdən paylarını götürdülər.
Böyük ehtimalla Abasov mövsümün sonunda “Neftçi”dən ayrılacaq. O da ola bilər ki, bir müddət işsiz qalacaq. Ancaq onun işsiz günləri çox çəkməyəcək. Çünki öz üzərində işləməyi bacaran, müasir futbolun tələbləri ilə ayaqlaşan, bəziləri kimi amorf xüsusiyyətə malik biri deyil. İnanıram ki, o hələ ölkə futbolunda son sözünü deməyib.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-05-2022, 23:0

“Mövqeyi olmayan adamlardı" - Samir Abasov

Ölkə futbolu / Manşet

10-05-2022, 17:0

Samir Abasovun atmacası “Neftçi” azarkeşlərini ayağa qaldırdı

Ölkə futbolu / Manşet

2-06-2022, 14:0

Samir Abasov "Neftçi"də qalır, yoxsa gedir? - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

26-05-2022, 13:0

Samir Abasovun taleyinə bu tarixdə aydınlıq gələcək - AÇIQLAMA

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
Daha çox
Oxunub: 201
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə