UEFA “Liverpul”a sanksiya tətbiq etdi

5.05.2022 18:58 491
Dünya futbolu
UEFA “Liverpul”a sanksiya tətbiq edib.

Buna Çempionlar Liqasının 1/4 finalının “Benfika” ilə ilk oyununun təyin edilən vaxtda başlamaması səbəb olub. Lissabonda aprelin 5-də keçirilən matç qonaq komandanın meydana bir qədər gec çıxması səbəbindən gecikmə ilə start götürmüşdü. UEFA buna görə “Liverpul”u çalışdıran Yürgen Kloppa xəbərdarlıq edib.

Xatırladaq ki, onun komandası səfərdə 3:1 hesabı ilə qalib gəlmiş, evdə isə 3:3-lük heç-heçəyə razılaşmışdı.