UEFA “Mançester Yunayted”ə sanksiya tətbiq etdi

1.05.2022 16:52 544
Dünya futbolu
UEFA “Mançester Yunayted”ə sanksiya tətbiq edib.

Buna Çempionlar Liqasının 1/4 finalının “Atletiko” ilə cavab oyunundan sonra baş verən insident səbəb olub. Yerli azarkeşlər Mançesterdəki “Old Trafford” stadionunda keçirilən və madridlilərin 1:0 hesablı qələbəsi ilə nəticələnən matçdan sonra “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin üstünə müxtəlif əşyalar atmışdılar. Argentinalı mütəxəssis tribunaaltı məkana qaçaraq yollanmışdı.

UEFA-nın müvafiq komitəsi bu insidentə görə MY-yə sanksiya tətbiq edib. İngiltərə klubu 10 min avro cərimə ödəməli olacaq.