“Liverpul”un tarixində rekord göstərici

7.04.2022 14:34 606
Dünya futbolu
Çempionlar Liqasının 1/4 finalının “Benfika” ilə ilk oyunu “Liverpul” üçün əlamətdar olub.

Lissabonda 3:1 hesablı qələbəyə nail olan “Liverpul” tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 8 səfər oyununda qalib gəlib.

“Liverpul” həm də 1984-cü ildən sonra ilk dəfə ÇL-də ardıcıl 5 səfər oyununda büdrəməyib. Yürgen Kloppun çalışdırdığı komandanın bu mövsüm ÇL-dəki 5 səfər oyununda azı 2 qol vurduğunu da qeyd edək. Mersisaydlılar daha əvvəl buna “Portu” (5:1), “Atletiko” (3:2), “Milan” (2:1) və “İnter”lə (2:0) matçlarda nail olmuşdular.