Rusiya klubundan vətəninə qayıtdı

3.05.2022 18:12 657
Dünya futbolu
İvelin Popov “Soçi” ilə yollarını ayırıb.

Bolqarıstan yığmasının sabiq vingeri bundan sonra vətənində oynayacaq. 34 yaşlı futbolçu Rusiya klubunu azad agent kimi tərk edib. Popov yetirməsi olduğu “Levski” ilə 2 illik müqavilə bağlayıb.

O, Rusiyada daha əvvəl “Kuban”, “Spartak”, “Rubin” və “Rostov”da da çıxış edib. Bolqarıstan yığmasında 90 oyuna 18 qol vuran İvelin bu mövsüm Rusiya premyer-liqasında “Soçi”yə 19 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə fayda verib.