Rusiyada çıxış edən legionerlər bu ölkəni tərk edirlər. Ukraynadakı müharibəyə görə şimal qonşumuzdan daha 7 futbolçu ayrılıb.
“Rostov”un 5 əcnəbi oyunçusu klubla yollarını ayırıb. Baştuş (Anqola), Dennis Hacikaduniç (Bosniya və Hersoqovina), Maqnus Knudsen (Norveç), Armin Qiqoviç və Pontus Almkvist (hər ikisi İsveç) klub rəhbərliyindən müqavilələrinə xitam verilməsini istəyiblər. “Rostov” 4 legionerin istəyini reallaşdırıb. Hacikaduniçin isə birilliyə başqa kluba icarəyə verilməsi qərara alınıb.
Premyer-liqada çıxış edən “Ural” isə daha iki legionerini itirib. Gürcüstanlı futbolçular Luka Qaqnidze ilə Luka Tsulukidze də FİFA-nın şüzəştindən yararlanıblar. Xatırladaq ki, ali futbol qurumu bugünlərdə Rusiya və Ukraynada çıxış edən legionerlərə bu il iyunun 30-dək müqavilələrini birtərəfli qaydada ləğv etmək hüququ verib.
Rusiya klublarını daha 7 legioner tərk etdi
Dünya futbolu



