Mahirin komandası xal itirdi

1.05.2022 23:23 973
Ölkə futbolu
Xorvatiya çempionatında 33 turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Dinamo" səfərdə "Lokomotiva" ilə üz-üzə gəlib. Zaqreb derbisi 1:1 hesabı ilə başa çatıb. Millimizin üzvü mübarizəyə ilk "11-lik"də başlasa da, 63-cü dəqiqədə əvəzlənib.

Xallarını 70-ə yüksəldən "Dinamo" 1-ci, "Lokomotiva" 45 xalla 5-ci pillədə qərarlaşıb.

1 may

21.05. "Lokomotiva" - "Dinamo" - 1:1

Qol: Kulenoviç, 30 (1:0), Ademi, 50-pen. (1:1)