Mahirin komandası qalib gəldi

24.04.2022 23:56 563
Ölkə futbolu
Xorvatiya çempionatında 32-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Dinamo" "Qoritsa"nı səfərdə 1:0 hesabı ilə məğlub edib.

Millimizin üzvü də bu matçın iştirakçısı olub. O, mübarizəyə ilk "11-lik"də başlayıb, 75-ci dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, 32 turdan sonra 69 xal toplayan "Dinamo" 69 xalla liderdi.