Region Liqasının 1/4 finalının cavab görüşləri çərçivəsində keçirilən "Cəbrayıl" - "Energetik" qarşılaşması dava-dalaşla yadda qaldı.

Hakim idarəçiliyinə etiraz edən qonaq futbolçuları Rövşən Rəcəbovun üstünə hücum çəkərək onu döydülər. Bu üzdən referi görüşün final fitini səsləndirmədi. AFFA-nın İntizam Komitəsi bu həftə keçirəcəyi iclasda olayla bağlı ölçü götürəcək. Məsələ ilə bağlı Mingəçevir təmsilçisinin prezidenti Ruslan Həmidovla əlaqə saxladıq:

“Hadisə baş verəndən bəri əsəbiyəm. Özümə gələ bilmirəm... Söz yox, futbolçularımdan narazıyam. Onlara haqq qazandırmıram. Etdikləri hərəkət "Energetik"in, Mingəçevirin, ümumilikdə Azərbaycan futbolunun adına yaraşmadı. Qeyri-peşəkar davrandılar. Əsəblərinə hakim olmalıydılar. Ancaq belə hakimlik də olmaz axı. Rövşən Rəcəbov tam qərəzli idi. Bizi “yıxıb-sürüyürdü”. Penalti vermədiyi epizod kuliminasiyadı. "Cəbrayıl" yaxşı komandadı, hakimin köməyinə ehtiyacı yoxdu. Niyə bu uşaqları sındırırsan? Həvəskar komandayıq, futbolçuların hərəsini bir yerdən gətirib oynadırıq. Üçünü oyun günü səhər tezdən işlədikləri zavoddan götürmüşəm. Gecə növbəsindən çıxıb ac-susuz oyuna gəliblər. Aralarında fəhlə, satıcı olanlar var. Çoxu pulsuz oynayır. Mingəçevir üçün oynayırlar. İlk görüşdə stadiona 3-4 min azarkeş gəlmişdi. Belə komandanı da sındırarlar? Əlbəttə, bütün bunlar hadisəyə haqq qazandırmır. Hakim döyülübsə, buna görə cəza olmalıdı. Cümə günü İntizam Komitəsinin iclası keçirilməlidi. Nə cəza verəcəklərsə, qəbul edəcəyik. Hətta komitənin qərarını gözləmədən üç futbolçunu komandadan kənarlaşdırdım. Eləsi də var ki, videoya düşməyib, amma söyüş söydüyünə görə tənbeh etmişəm. Kaş bunlar olmayaydı, olubsa, cəzasını çəkməliyik. Hakimi döyüblər, qələt ediblər. Hadisənin, həmçinin rəqibin qapısına təyin olunmayan penaltinin, bir sözlə, oyunun videoyazısını AFFA-ya göndərəcəyik. Qoy hakim haqda da ölçü götürsünlər. "Energetik" ənənəsi olan klubdu, azarkeşlər tərəfindən dəstək var. İnanın, bazarda satıcı işləyən, əlinə üç-beş qəpik gələn sıravi şəxslər tərəfindən də müəyyən kömək olur. Təəssüf ki, bu sözləri rayon başbilənləri, "Azərenerji" rəhbərliyi haqda deyə bilmirəm. Maddiyat bir yana, heç arayıb mənəvi dəstək də olmurlar. Cəbrayılın, Füzulinin deputatları daim təmsil etdikləri rayonun komandalarının yanındadı. Bizim iki deputat var, heç biri komanda ilə maraqlanmır. Oyun günü onlara zəng etdim ki, nəsə kömək olsunlar. Amma etmədilər. İnanırsız, rayondakı bəzi iş adamları məni görəndə yollarını dəyişirlər. Çünki komanda üçün pul istəyəcəm. Özüm də uzun illər futbol oymamışam. Amma biz peşəkar klub görməmişik. Belə şeylərdən anlayışımız yoxdu. Lakin Mingəçeviri klubsuz qoymaq olmaz. Normal şərait yaradılsa, belə şeylər olmaz. AFFA-dan narazı deyiləm. Bizə dəstək olurlar. Top, forma ilə təmin edirlər. Amma nə qədər belə olar? Adam bezir. Vallah, bezmişəm, qardaş! Hər dəfə ona-buna ağız açıram ki, uşaqlar oyunlardan sonra kolbasa-çörək yeməsinlər. Bizim uşaqlar peşəkar futbolla məşğul olmayıblar. Aşağı yaş qruplarında oynayıb, sonra başqa sahəyə yollanıblar. İndi hardasa işləyirlər. Mingəçevir futbol ənənələri olan şəhərdi. Nə qədər milli üzvü vermişik Azərbaycan futboluna. Amma heç kim düşünmür ki, niyə son illərdə bu şəhərdən normal futbolçu çıxmır? Çünki peşəkar klub yoxdu. Ramiz Məmmədov, Ruslan Əmircanov, Ədəhim Niftəliyev, Zaur Qarayev kimi oyunçularımız olub. Amma indi yoxdu. Buna çarə tapmaq lazımdı. Sağ olsun Elxan Məmmədov, şəhərə gəldi, bizlə danışdı. Söz verdi ki, diviziona çıxmaq üçün şərait yaradılacaq. Amma təkcə bununla olmur ki... Vallah, olanlara görə utanıram. Belə olmamalıydı. Əziyyətimiz hədər getdi. Lazım deyildi belə şeylər. Oyunun bitməsinə 5 dəqiqədən çox vaxt var idi, qol vura bilərdik. Amma futbolçularım dava etdi. Mən söz deyə bilmirəm həmin oyunçulara. Çünki normal maaş vermirəm ki, nəsə tələb edim. Amma işini atıb, şəhərin adına görə meydanda can qoyurlar. Əvəzində kimsə gəlib, onların əziyyətini yerə vurur. Bir sözlə, hər şeyə səbəb pulsuzluqdu, peşəkar klub olsaq, belə şeylər yaşanmaz”.


İLKİN SULTANLI


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər