Bu gün Region Liqasının 1/2 finalının cavab oyunları keçirilib.
"Xan Lənkəran" "Füzuli"nin 3:0 hesabı ilə məğlub edib. Ümumi hesabda 6:1 qələbə qazanan Cənub təmsilçisi yarımfinala vəsiqə qazanıb.
"Qusar" da "Ağsu Siti" ilə qarşılaşıb. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Ümumilikdə 5:2 qələbə qazanan qusarlılar yarımfinala vəsiqə qazanıblar.
"Cəbrayıl" - "Energetik" matçında dava düşüb. Bu səbəbdən oyun yarımçıq dayandırılıb. Qarşılaşmada "Energetik"in üzvləri hakimi döyüblər. Nəticənin necə olacağı hələ ki, bəlli deyil.
Qeyd edək ki, yarımfinalda "Xan Lənkəran" "Araz Naxçıvan"la "Qusar" "Cəbrayıl" - "Energetik" cütünün qalibi ilə üz-üzə gələcək.