• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Həvəskar komanda, peşəkar azarkeşlər - YAZI

Ölkə futbolu

26-04-2022, 19:0

Bazar günü Region Liqasında 1/4 finalın cavab oyunları keçirildi.

Bu mərhələnin ən qalmaqallı görüşü Binə qəsəbə stadionda baş tutdu. “Cəbrayıl”ın “Energetik”i qəbul etdiyi qarşılaşma sona çatmadı.

Əslində isə hər şey çox yaxşı başlamışdı. 600 yerlik arena, demək olar ki, dolu idi. Həm “Cəbrayıl”, həm də “Energetik” azarkeşləri təşkilatlanaraq oyunu izləmək üçün stadiona gəlmişdilər. Arenada əsl futbol ab-havası hökm sürürdü. Lakin gərgin keçən qarşılaşmanın son dəqiqələrində aləm bir-birinə dəydi. 84-cü dəqiqədə “Cəbrayıl”ın futbolçusu “Energetik”in üzvünə qarşı kobud oynadı. Hakim isə görüşü davam etdirdi. Məhz bu qərar hadisələrin axarını dəyişdi. Mingəçevirlilər iddia edirdilər ki, referi yanlış qərar verib. Onlar Rövşən Rəcəbovu ədalətsizlikdə ittiham edirdilər. Klub prezidenti Ruslan Həmidov meydana çıxaraq futbolçuları sakitləşdirmək istəsə də, alınmadı. Azarkeşlərin tribunadan müdaxiləsi vəziyyəti daha da gərginləşdirdi. Klub rəhbərinin həm futbolçuları, həm də fanatları sakitləşdirmək cəhdi boşa çıxdı. “Cəbrayıl”ın futbolçuları isə sakitcə yerlərində dayanıb məsələnin həllini gözləyirdilər. Amma hadisələr daha da pis istiqamətə yönəldi. “Energetik”in futbolçularından biri hakimə yumruq atdı. Rövşən Rəcəbovu şil-küt etdilər. Polislər müdaxilə etsələr də, həvəskar futbolçuları sakitləşdirmək mümkün olmadı.

Bu, Azərbaycan futbolu adına biabırçılıq idi. Hakimi vurmaq istəmək fikri belə hansısa oyunçunun ağlından keçməməlidi. Bu səhv qərara görədisə, heç olmaz. Mingəçevirli futbolçular səhvi səhvlə düzəltməyə çalışdılar. Düzdü, deyilənə görə, yan xətt hakimlərindən biri hansısa futbolçunun var-yoxunu söyüb. Belə olan halda oyunçunu anlamaq mümkündü. Hər insan fərqli xüsusiyyətdə olsa da, ləqayət anlayışı var. Bəlkə də hakim həqiqətən oyunçunu təhqir etdiyi üçün məsələ bu qədər böyüyüb. Bunu biz bilmirik.

Oyun yarımçıq dayandırıldığı üçün yekun qərarı AFFA İntizam Komitəsi verəcək. Amma burda qaranlıq məqamlar var. Oyunun keçirildiyi stadionda təhlükəsizlik xidmətinin əməkdaşları, polislər niyə az idi? “Futbol+” qəzeti olaraq, bu komandalar arasında Mingəçevirdəki oyunda iştirak etmişdik. Orda da son dəqiqələrdə gərginlik yaşanmışdı. Amma klub prezidenti Ruslan Həmidovun göstərişi ilə polislər olayın böyüməsinə imkan vermədilər. 30-a yaxın təhlükəsizlik xidməti əməkdaşı meydana çıxaraq həm hakimləri qorudular, həm də futbolçuları sakitləşdirdilər. Necə olur ki, 4 minə yaxın azarkeşin izlədiyi qarşılaşmada hakim döyülmür, amma 600 yerlik stadionda referiyə xətər yetirilir? “Energetik” tərəfi qətiyyətlə iddia edir ki, yan xətt hakimi futbolçunun var-yoxunu söydüyü üçün belə alınıb. Yaxşı, bunu necə sübut etmək olar? Region Liqası həvəskar yarış olduğuna görə oyunlar, demək olar ki, çəkilmir. Bu üzdən hakimin etdiklərini kim və necə dəyərləndirəcək?

Bu suallara cavab almaq üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Bütün gün sosial şəbəkələrdə tərif statusları, öz işlərini qabardan postlar paylaşan Yusif bəy vaxt tapmadı ki, “Futbol+”in sorğusuna cavab versin. Bu səbəbdən də qaranlıq qalan suallara aydınlıq gətirə bilmədik. Amma bu məsələ ilə bağlı bizim də fikrimiz var. Təbii ki, futbolçuların belə davranması doğru deyil. Hakim səhv qərar versə də, qərəz nümayiş etdirsə də, futbolçu özünü lotu kimi aparmamalıdı. Oyunun sonuna 6 dəqiqə qalıb. Referinin əlavə edəcəyi vaxtı da nəzərə alsaq, maksimum 10 dəqiqən var. Nə üçün dava-dalaş salırsan? Çünki qeyri-peşəkardılar. Onlar böyük futbolun nə olduğunu bilmir? Eşidiblər ki, federasiya Mingəçevirə maraq göstərir, normal şərait qurula bilər. Aləmi qatırlar bir-birinə. Başlarını aşağı salıb, oyunlarını oynamırlar, amma qol gücünə özlərini göstərmək istəyirlər. Bu biabırçılıqdan sonra kimdi “Energetik”ə maraq göstərən? Dərəbəylik dövrü deyil ki, qışqır-bağırla nəsə əldə edəsən. Meydanda bacarmırsansa, səsini kəs, məğlubiyyəti qəbullan! Atdanıb-düşməyə nə gərək var?
Amma dərindən düşünsək, başqa nüanslar ortaya çıxır. Futbolçu nə üçün belə edir? 4 mindən çox azarkeşin önündə şirə dönməyən insanın niyə başqa şəhərdə gözünü qan örtsün? Bunun iki səbəbi ola bilər: ya durduğu yerdə təhqir olunub, ya da haqqı əlindən alınıb. Bunun cavabını da Yusif Vəliyevin rəhbərlik etdiyi qurum edə bilər. Ümid edirik ki, adı çəkilən şəxs bu qalmaqalı həll etdikdən sonra sosial şəbəkələrdə belə post paylaşar: “I am proud of myself! Problem was solved”. Yəqin ki, bir çoxları bunu başa düşməyəcək. Tərcüməsi belədi:

“Özümlə fəxr edirəm. Problem həll olundu”.

Bunun baş verib-verməyəcəyini qısa zamanda görəcəyik. Ümid edirəm ki, AFFA başverənlərə görə Mingəçevir futbolunun üstündən xətt çəkməz. Çünki həqiqətən də o şəhərdə idmanın bu növünü çox sevirlər. Həm də yenilənən federasiya, yəqin ki, 5-6 qeyri-peşəkara görə bir bölgənin üstündən xətt çəkməz. Bunun özü elə ən böyük qeyri-peşəkarlıq olardı...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

27-04-2022, 13:0

"Ona qalsa, bizim də penaltimiz verilmədi" - Cavid Hüseynov

Ölkə futbolu / Manşet

28-04-2022, 17:0

Hakimi döyən klubun prezidentinə cinayət işi açıldı

Aktual / Manşet

26-04-2022, 15:0

Hakimlər Komitəsindən növbəti bıabırçı qərar - ATMACA

Ölkə futbolu

24-04-2022, 19:0

Region Liqasında yarımfinalçılar bilindi, bir görüşdə dava düşdü

Ölkə futbolu

17-04-2022, 17:0

"Energetik" "Cəbrayıl" oyununda dava - VİDEO

Aktual / Manşet

26-04-2022, 21:0

Hakimin döyülməsinə səbəb olan epizod - VİDEO

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Bu gün, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
Daha çox
Oxunub: 305
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə