• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Həm maaş, həm də ev məsələsinə görə münasibətimiz korlandı” - Turan Manafovla ÖZƏL MÜSAHİBƏ

Aktual / Manşet

12-04-2022, 21:0

Turan Manafovun qış fasiləsində Yunanıstan klubuna keçidi ölkə futbolu adına sevindirici xəbər oldu.

“Səbail”ə məxsus olan futbolçu böyük ümidlərlə “Olimpiakos”a üz tutsa da, daha çox parlaq oyunu ilə yox, yaşadığı problemlərlə gündəmə gəldi. Fubolçu artıq vətənə dönüb. Volos təmsilçisində yaşadıqlarıyla bağlı Turanla danışmağı lazım bildik.

- Lap əvvəldən başlayaq. "Olimpiakos"a keçidin necə baş tutdu? Yunanıstana getməmiş klubla maraqlanmışdın? Bəlkə bu problemlər əvvəlcədən də var idi?

- Qış fasiləsində menecer vasitəsilə mənə təklif gəldi, "Olimpiakos" səni istəyir” deyildi. Yunanıstanın ikinci liqasından məlumatlı deyildim. Təklifdən sonra araşdırmağa başladıq, maraqlandıq, hər kəs məsləhət gördü. Sabit bir liqa olduğunu dedilər. Bizim çempionatdan da ora gedənlər var idi. Hər kəs tərifləyirdi. “Ordan daha güclü liqalara çıxış var” söylədilər. Mən də karyeram baxımından yaxşı olacağını düşündüm. Amma gedəndən sonra gördüm ki, deyilənlərin əksidi. Bilmirəm, bu problem əvvəlcədən var idi, yoxsa yeni yarandı. Daha öncə bilsəydim, fərqli qərar verərdim. Bunu da qeyd edim ki, təkliflər çox olsa da, ən realı Volos təmsilçisindən idi. Hətta "Olimpiakos" məni çox gözlədi. Çünku yanvarın əvvəlində getməliydim. Bəzi problemlərlə görə 20 gün yubandım.

- Yerli klublardan “Qəbələ” də sənlə maraqlanırdı. Nədən “yox” dedin?

- Düzdü, “Qəbələ”dən və başqa bir neçə klubumuzdan təklif var idi. Ən real təklif Qəbələ təmsilçisindən idi. Bir ara getməyi düşündüm. Bəzi məsələlər oldu ki, keçidim alınmadı. Ümumiyyətlə, ilk təklif cari mövsümün birinci yarısı bitmədən Volos klubundan gəldi və getməyə qərar verdim.

- Ora gedəndən sonra hansı çətinliklə qarşılaşdın? Harda qalırdın?

- Oteldə qaldım. Sonra klubun prezidentinin evinə köçdüm. Problemlər çox oldu. İstəməzdim belə hallar yaşansın. Futbolçuların heç biri ilə problemim olmadı. Rəhbərliklə də hər şey yolunda idi. Maaş problem ortaya çıxandan sonra vəziyyət dəyişməyə başladı. Orda pul tələb edən yoxdu. Çox futbolçu var idi ki, əməkhaqqı almırdı, amma oynayırdı. Maaşımı tələb edəndən sonra mənə münasibət dəyişdi. İlk danışıqlar olanda da problem yaranmışdı. Mən şəhərdə yaşamaq istəyirdim. Amma qaldığım ev şəhərdən bir az uzaq idi. Bir sözlə, çox problem oldu. Öncə fikirləşdim ki, yəqin təzə gəlmişəm, zamanla düzələr. “Problem hər yerdə olur” deyə düşündüm. Sonra gördüm ki, həll olmaq əvəzinə daha da artır. Həm maaş, həm də ev məsələsinə görə münasibətimiz korlandı. Bununla bağlı “Səbail”ə orda olduğum ikinci ayda xəbər verdim.

- Səni komandaya sabiq baş məşqçi gətirmişdi. Yeni çalışdırıcı gələndə problem yaşadın?

- Məşqçilərin heç biri ilə problemim olmayıb. Məni “Olimpiakos”a sabiq məşqçimizin istəyi ilə çağırmışdılar. O baxıb, bəyənmişdi məni . Yeni çalışdırıcı gələndə artıq klub rəhbərliyi ilə problemlərim var idi. Vəziyyəti düzəltmək üçün çox danışdıq. Yaya qədər orda olacaqdım. Son 1 ay qalmışdı, ona görə oynamaq istəyirdim. Çox çalışdıq ki, problem həllini tapsın. Yarımçıq qayıtmaq karyeram üçün yaxşı deyil. Mən də, menecerim də danışdıq. Söz verdilər, “həll olunacaq” dedilər. Amma bir nəticə olmadı, vəziyyət daha da pisləşdi. Biz də rəsmi məktub göndərdik. Hətta mənə dedilər ki, müqaviləni qarşılıqlı pozaq, qayıt ölkənə. Qayıtsaydım belə, “Səbail”də oynaya bilməzdim. Onlar özlərinə sərfəli variantı dedilər. Klub maaş vermədən müqaviləni pozmaq istədi. Mən, sadəcə, müqavilədə olan şərtlərin yerinə yetirilməsini tələb etmişəm. Dedim ki, maaşım verilməsə, müqaviləni pozmayacam.

- Yunanıstana gedəndən sonra heyfsləndiyin, “kaş gəlməzdim” dediyin günlər oldu?

- Karyeram baxımından heyfsiləndim. Azərbaycanda bütün oyunlarda meydana çıxırdım. Amma orda zədələndiyim üçün məşqsiz qaldım. Çünki ağrılar var idi. Həkimlər dedi ki, oynasan, vəziyyətin daha da pisləşəcək.

- Yunanıstan və Azərbaycan futbolu arasında hansı fərqlər var?

- Bizim premier-liqa daha yaxşıdı. Yunanıstan çempionatının üstünlüklərindən biri komanda sayının çox olmasıdı. Bizdə 8 komanda var. Orda isə A və B qruplarına bölünür, hər qrupda 16-17 komanda olur. Həmçinin orda daha çox cavanlara şans verirlər. Amma legioner futbolçular, eləcə də futbol baxımından bizim çempionat daha üstündü.

- “Səbail” rəhbərliyi və baş məşqçi sənlə görüşdü?

- Bəli. Orda müalicə almadığımı dedim. MRT-yə getdim. İndi fizioterapiyaya başlayacam. Daha sonra yenə "Səbail"lə nəticələrə uyğun məşq prosesini danışacağıq.

- Volos təmsilçisindən FİFA-ya şikayət edibsən? “Səbail” bu barədə mövqeyini bildirdi?

- "Olimpiakos"dan FİFA-ya şikayət etmişəm. 15 gün vaxt verilib. Bu həftənin sonu tamamlanacaq. Ondan sonra sanksiyalar başlayacaq. "Səbail"lə də ölkəyə dönəndə danışmışam. Onlar da FİFA-ya şikayət edəcəyini bildirdi. Klub da vaxt verib. Dəyişiklik olmasa, “Səbail” də FİFA-ya şikayət edəcək.

- Bir az da ölkə futbolundan danışaq. Orda olarkən premyer-liqanı izləyirdin? “Səbail”in hazırkı durumu barədə nə deyə bilərsən?

- Premyer-liqa oyunlarına baxırdım. Düzdü, hamısına yox. Çünki "CBC Sport"un saytına qoşulmaq mümkün deyildi. Ümumiyyətlə, Yunanıstanda bizim saytların çoxu açmırdı. Bacardığım qədər izləyirdim. "Səbail"in daha yaxşı yerdə olmasını istəyərdim. Birinci dövrəyə baxanda daha az xal qazanılıb. İndiki vəziyyət elə də ürəkaçan deyil. Amma hələ qarşıda oyunlar var, vəziyyəti dəyişmək olar.

- Mövsümün sonuna qədər, sadəcə, məşq edəcəksən…

- Növbəti mövsüm necə olacağını bilmirəm. Düşünürəm ki, yüksək səviyyədə məşq edəndən sonra şansım olacaq. Hər şey öz əlimdədi. Formamı bərpa edib hətta daha yaxşı olsam, niyə də əvvəlki kimi çıxış etməyim?! Hazırda "Səbail"ə məxsusam, qışa qədər müqaviləmiz var. Yenə legioner həyatı yaşamaq istərdim. Yaxşı təklif olsa, dəyərləndirəcəm.

- Yığmanın uğursuz çıxışı haqda hansı fikirdəsən? Səncə, problem məşqçidə, yoxsa futbolçulardadı?

- Milli komanda haqda nəsə demək istəməzdim. Yığmanın uğurlu olmasını, xallar qazanmasını, qrupdan çıxmasını, yaxşı oyun göstərməsini hər kəs istəyir. Bu barədə nəsə demək mənə düşməz. Mənə zəng etmişdilər. Məşqçinin bəyəndiyini, siyahısında olduğumu və məni izlədiyini demişdilər. Vəziyyət elə gətirdi ki, indiki halda çağrılmamağım normaldı. Çünki oynamırdım, zədəliydim. Müalicə alsam da, normal məşq etmirdim, psixoloji durumum da yaxşı deyildi. Vəziyyət fərqli olsaydı, bəlkə də çağrılardım. Özümə inanıram. Bu dəfə olmadı, ancaq daha yaxşı çıxış edib, millidə də öz yerimi qazanacağıma inanıram.

- Sonda Yunanıstanda başına gələn gülməli və ya maraqlı hadisəni oxucularımızla bölüşərdin...

- Əslində başıma elə də maraqlı hadisə gəlməyib. Amma yadımda bir-ikisi qalıb. İngilis dilində yüksək səviyyədə bilmirdim. Rus dilində də həmçinin. Onlar düşünürdü ki, bizim ölkə ruslara yaxın olduğu üçün mən rus dilində bilirəm. Dəfələrlə təkrar edirdim ki, yüksək səviyyədə bilmirəm. Buna rəğmən, hər dəfə iclaslarda, məşqçi təlimat verəndə komandada rus dilini bilən gürcü qapıçının yanında oturdurdular ki, mənə başa salsın. Sanki prinsip aparırdılar. Başa düşməsəm də, başımı yelləyirdim (gülür) . Bir də Volosa yeni gedəndə şəhərdə hamı məni aldatmağa çalışırdı. Qiymətlərdən xəbərsiz idim, onlar da çox yüksək olduğunu deyirdilər. Sonradan öyrəndim ki, əslində qiymətlər aşağı imiş. Getdiyim bərbər belə qiyməti mənə üç dəfə baha deyib (gülür).

GÜNAY VƏLİYEVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

5-04-2022, 12:0

Turan Manafov bu gün Bakıya qayıdır - ÖZƏL

Aktual / Manşet / Günün xəbəri

25-03-2022, 14:0

Turan Manafov "Olimpiakos'dan ayrılmağı düşünür - ŞOK SƏBƏBİ ÖZÜ AÇIQLADI

Aktual / Manşet

8-04-2022, 18:0

“Səbail” Turan Manafovun müqaviləsinə xitam verilməsi üçün “Olimpiakos”a müraciət edib - AÇIQLAMA

Ölkə futbolu / Manşet

29-05-2022, 12:0

Turan Manafov Türkiyə və premyer-liqa klublarından təklif alıb - Meneceri açıqladı

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə