Turan Manafov "Olimpiakos'dan ayrılmağı düşünür - ŞOK SƏBƏBİ ÖZÜ AÇIQLADI

25.03.2022 14:03 825
Aktual / Manşet / Günün xəbəri
Qış “transfer pəncərəsi”ndə Turan Manafovun Yunanıstan klubuna keçidi futbolsevərləri sevindirdi.

“Olimpiakos”a getdiyi ilk gündən əsas heyətdə yer alan müdafiəçi, demək olar ki, hər oyun əvəzlənmədən 90 dəqiqə mübarizə apardı. Bir müddət sonra belində ağrıları olan Turan müalicə almağa başlasa da, bu azmış kimi, koronavirusa da yoluxdu. Bu problemlərdən sonra onun futbolçunun meydana dönəcəyi gözlənilirdi ki, Turan iki görüşü buraxdı. Onun niyə meydana çıxmadığını özündən soruşduq:

“Klubla bəzi problemlər var. Volos təmsilçisi, demək olar ki, deyilən heç nəyi etmir. Normal müalicə belə etmədilər. Artıq inanmıram ki, bu şərtlərlə burda qalıb, digər matçlarda oynayım”.


Qeyd edək ki, Volos klubu 23 turdan sonra 20 xalla 15-ci pillədə qərarlaşıb.

GÜNAY VƏLİYEVA