Rüfətsiz komandası uduzdu

30.04.2022 15:54 489
Dünya futbolu
Almaniya Qərb Regional Liqasında 36-cı turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-04”ün ikinci komandası doğma meydanda “Oberhauzen”lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke-04” ikinci komandası bu nəticədən sonra 41 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.