Rüfət oynamadı, komandası darmadağın oldu

26.03.2022 15:39 397
Dünya futbolu
Almaniyanın Qərb Regional Liqasında 31-ci turun oyunları keçirilir.

Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası doğma meydanda "Fortuna-2"yə uduzub – 0:4.

Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Şalke 2” bu nəticədən sonra 32 xalla 20 komanda arasında 15-ci pillədə qərarlaşıb.