Azərbaycanlı hücumçu Almaniyada bombardir oldu

14.05.2022 12:33 520
Dünya futbolu
Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-04”ün ikinci komandası mövsümün son matçında doğma meydanda “Vyedenbrük”ə qalib gəlib – 5:1.

Azərbaycan millisinin sabiq üzvü bu oyunun iştirakçısı olmayıb.

“Şalke-04”ün ikinci komandası bu nəticədən sonra 47 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Dadaşov geridə qalan mövsümdə komandasının heyətində 19 oyuna çıxıb və 11 qol vurub. Bu nəticə ilə hücumçu "Şalke-04"ün ən yaxşı bombardiri olub.