Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.
Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" "Kocaelispor ilə qarşılaşıb -2:1. Namik oyundan sonra yerli mətbuata açıqlama verib:
"Həmin epizodda bir az tələsdim. Bir addım da atıb zərbə vursaydım, daha yaxşı alına bilərdi. Son vaxtlar nədənsə qol vurmaqda çətinlik çəkirəm. Bir qol vursam, ardı gələcək. Tilsimi heç cür qıra bilmirəm. İnşallah, qarşıdakı matçlarda qol və assistlərlə komandama faydalı ola bilərəm.Ümid edirəm ki, “Bursaspor” liqada qalacaq. Bu komandanın aşağı liqaya düşməsini fikirləşmək belə istəmirəm. Buna görə də son tura qədər mübarizəmizi davam etdirəcəyik. İnanırıq ki, aşağı liqaya düşməyəcəyik”.