Namik "Bursaspor"a 3 xal qazandırdı - VİDEO

24.04.2022 00:58 700
Ölkə futbolu
Türkiyə 1-ci Liqasında 32-ci turun oyunları keçirilir.

"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" doğma meydanda "Dənizlispor"u üz-üzə gəlib və matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

Millimizinüzvü də bu görüşün iştirakçısı olub. 27 yaşlı hücumçu oyuna ilk "11-lik"də başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, komandasının yeganə qolunun müəllifi olub. Namik 55-ci dəqiqədə isə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, 32 turdan sonra 35 xal toplayan "Bursaspor" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.