• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zaur Ramazanov yerli kadralara şans verilməsini istəyir - MÜSAHİBƏ

Aktual / Manşet / Müsahibə

31-03-2022, 21:0

Yığma Maltada keçirdiyi ikinci yoxlama oyununda da məğlub oldu. Bu dəfə Latviya önündə üzümüz qızartdı.

Canni de Byazinin komandası bununla FIFA reytinqində qabaqladığımız növbəti rəqiblə bacarmadı. Görüş haqda fikirlərini səsləndirməsi üçün Zaur Ramazanovla əlaqə saxladıq. Onunla millinin oyunları, qardaşına 1 dəqiqə belə şans verilməməsi, komandanın ümümi problemləri haqda söhbətləşdik.

- Milli Maltada keçirilən görüşlərdə yerli komandaya və Latviyaya uduzdu. Bu haqda fikirlərini bilmək maraqlı olardı.
- Biabırçılıqdı! Mən həmişə demişəm, Canni de Byazi məşqçi deyil! Onu bura gətiriblər, ildən-ilə müqaviləsini uzadırlar. Onun rəhbərliyi dönəmində də irəli getməkdənsə, geriləyirik. Danışıram deyə Ağabalanı yığmaya çağırdılar. Guya bundan sonra nəsə deməyəcəm. Amma mən yenə də doğru bildiklərimi danışacam. Milli bərbard durumdadı. Görün kimlərə uduzuruq? Balaca dövlətlərlə bacarmırıq. Halbuki onlara 4-5 qol vurmalıyıq. Heyətdə gül kimi uşaqlar var. Amma De Byazi onlardan istifadə edə bilmir. Milli komanda zəif deyil, sistem, iş düzgün qurulmayıb.

- Qardaşınız Ağabala ilk oyunda, ümumiyyətlə, “23-lüy”ə düşmədi. Latviya ilə matçda da isinmə hərəkətləri etsə də, meydana buraxılmadı. Mehdi Cənnətova, Nicat Mehbalıyevə və Ağabalaya şans verilmədi. Bunun səbəbi nədi?
- Elə bu davranışından görünür ki, De Byazi məşqçi deyil. Oyunçunu sınamayacaqsansa, onu niyə yoldaşlıq görüşləri üçün heyətə çağırmısan? İndi deyəcək ki, dəvət etdim, amma məşqlərdə özünü göstərə bilmədi. Bu cür bəhanələr gətirəcək. Hamısı boş şeydi. Mediada rahat danışdığıma görə mənimlə prinsip aparırlar. Ağabalanı yaxşı vaxtlarında dəvət etmədilər. İndi neçə oyundu düz-əməlli oynamır, həm də zədəlidi, lakin çağırdılar. Mən belə şeyləri başa düşə bilmirəm. Axı bu nəyə lazımdı? Çağırmasaydız, daha hörmətli olardı.

- Sizlə nəyin prinsipini aparırlar? Problem təkcə açıqlama və müsahibə verməyinizdədi?
- Bu gün bir çox veteran danışmır. Biri deyir ki, məşqçiyəm, digəri cərimədən qorxur. Onlar başa düşmürlər ki, həyatda həmişə qorxaq kimi yaşayacaqlar. Çünki düzgünlük ən gözəl şeydi. Həqiqət olmayan yerdə nə uğur olar, nə də qələbə. Mən necə danışa bilirəm? “Səbail”də işləyəndə yalandan hər şeyə “yaxşıdı” deyə bilərdim. Guya mən danışmasam, insanlar olanları görmür? Hər şey göz qabağındadı. Bunlar üçün düzünü deyənin yeri yoxdu. Belə şeylər etdiklərinə görə də Allah cəzalarını verir.

- Bu nəticələrdən sonra hansı dəyişikliklər olmalıdı?
- Hər şey dəyişməlidi. 15 ildə biz nə əldə etmişik? Şimali Makedoniyanın normal stadionu yoxdu. Amma İtaliyanı məğlub etdilər. İllər öncə biz onlarla başabaş mübarizə aparırdıq. İndi bizdən güclüdülər. Çünki sistemli iş görürlər. İşi bilənləri önə çəkdilər. Davamlı uduzsalar da, sistemləri düz idi və nəticə verdi. Bizdə isə 2-3 veteranı tapıblar, onlar da ancaq AFFA-nı tərifləməklə özlərinə gün ağlayırlar. Amma sabah problemlər onların da başında çatlayacaq.

- Bir çoxları deyir ki, futbol azərbaycanlıların bacardığı iş deyil. Bəlkə həqiqətən də belədi?
- Bəs necə olur ki, Qurban Qurbanov bacarır? Niyə onun komandası illərdi avrokubokların qrupunda mübarizə aparır? “Qarabağ”ın heyətinin yarıdan çoxu azərbaycanlıdı. Onlar necə bacarır futbol oynamağı?

- “Qarabağ”ın futbolçularının klubdakı oyunu yığmada sərgiləmədyini söyləyənlər də var. Bu fikirlərlə razısız?
- Boş söhbətdi. Kim yığmada yerini bərkitmək istəməz? Dəvət alanların hamısı can-başla mübarizə aparır. Sadəcə, iş düzgün olmayanda hər yerdə uduzursan. Gərək düz adamlar millidə işləsin ki, hər şey qaydasında olsun.

- Ölkəni futbolunu düzəltmək üçün AFFA-da kimlər çalışmalıdı?
- Bir adama 5-6 il möhlət verərlər ki, nəsə iş görsün. Alımayanda da ona yenidən güvənərlər. Amma 15 il keçib. Elə dirəşiblər ki, ingilis dilini bilməlisən. Futbolu bu dildə oynayırlar? Guya bütün federasiyalarda ancaq ingilis dilini bilənlər çalışır? Gəncləri irəli çəkmək lazımdı. Bütün yığmalarda yerli məşqçilər olmalıdı. Neçə ildi o gedir, bu gəlir. Bizimkinə növbə çatanda heç 7 ay dözmürlər. Sonra da deyirlər ki, bacarmadı və yola salırlar. Mənə maraqlıdı ki, yuxarılar niyə bunları görmür? Bu nəticələr biabırçılıqdı. Camaat içinə çıxa bilmirik. Harasa gedəndə başlayırlar ki, bizdə futbol yoxdu.

- Sizin üçün daha çətindi, qardaşınız da millinin düşərgəsində olub...
- Əlbəttə! Heç qardaşım olmasın komandada. Milli hamımızındı. Biz Azərbaycan bayrağının altında böyüyürük. Söhbət təkcə qardaşımdan getmir. Mən neçə il futbol üçün əziyyət çəkmişəm. Nə üçün kiminsə prinsipinə görə kənarda qalmalıyam? Azərbaycan çempionu, iki dəfə bombardir olmuşam. Onda məni ingilis dili bilənlər başa salıb? Üç dəfə Azərbaycan kubokunun, “Birlik kuboku”nun qalibi olmuşam. Bu turnirdə ən yaxşı futbolçu seçilmişəm. Başqa nə lazımdı ki, işləyə bilim? Mənim oyunumu Platini, Blatter bəyənib. Necə yəni Azərbaycanda futbol yoxdu?

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Aktual / Yığma / Manşet

29-03-2022, 18:0

“De Byazi məşqçi deyil” - MİLLİNİN SABİQ ÜZVÜ

Aktual / Manşet / Günün xəbəri

19-03-2022, 20:0

De Byazi onu uzun fasilədən sonra milliyə çağırdı - ÖZƏL

Aktual / Manşet

23-03-2022, 12:0

Milli komanda ilə birgə Maltaya bu rəsmilər səfər edəcəklər - RƏSMİ AÇIQLAMA

Aktual / Manşet

25-03-2022, 19:0

Mahir Şükürov De Byaziyə "ilişdi" - AÇIQLAMA

Aktual / Manşet / Günün xəbəri

21-03-2022, 19:0

De Byazi onu əsas milliyə geri qaytardı - ÖZƏL

Aktual
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Son xəbərlər
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Dünən, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Dünən, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Dünən, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Dünən, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Dünən, 11:23
    Romadan Milana üz tuta bilər
  • Dünən, 10:52
    Parisi tərk edəcək
  • Dünən, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Dünən, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Dünən, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Dünən, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Dünən, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
Daha çox
Oxunub: 308
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 289
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 264
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 261
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə