Yığmamız Latviyaya 0:1 hesabı ilə uduzdu. Canni de Byazinin komandası bununla da ardıcıl ikinci görüşdə FIFA reytinqində bizdən geridə olan kollektivlə bacarmadı.
Görüş haqda fikirlərini səsləndirməsi üçün Zaur Ramazanovla əlaqə saxladıq. Yığmamızın sabiq üzvü De Byazinin məşqçi olmadığını dilə gətirib, onu “yıxıb-sürüdü”:
“Biabırçılıqdı, vallah! Mən həmişə demişəm, Canni de Byazi məşqçi deyil! Onu bura gətiriblər, ildən-ilə müqaviləsini uzadırlar. Onun rəhbərliyi dönəmində də irəli getməkdənsə, geriləyirik. Əvvəl də demişdim, danışıram deyə Ağabalanı yığmaya çağırdılar. Guya bundan sonra nəsə deməyəcəm. Amma mən yenə də doğru bildiklərimi danışacam. Boş-boş işlərdi.
Milli bərbard durumdadı. Görün kimlərə uduzuruq? Balaca dövlətlərə məğlub oluruq. Hansı ki, biz onlara 4-5 qol vurmalıyıq. Düzdü, heyətdə gül kimi uşaqlar var. De Byazi onlardan istifadə edə bilmir. Milli komanda zəif deyil. Sadəcə, sistem, iş düz deyil. AFFA rəhbərliyi prinsip aparır. Bu səbəbdən də milli komandamız irəli getməyəcək”.

Zaur Ramazanovun geniş müsahibəsini “Futbol+”in növbəti sayında oxuya bilərsiz.
İLKİN SULTANLI