Türkiyənin 1-ci liqasında çıxış edən ''Eyupspor'' Ukrayna çempionatından iki futbolçunu heyətinə qatıb.
Söhbət ''Vorskla''da çıxış edən Oliver Till və Kiyev ''Dinamo''unun üzvü Jerson Rodrigesdən gedir. Lüksemburq yığmasının şərəfini qoruyan hər iki futbolçu mövsümün sonuna qədər icarə əsasında ''Eyupspor''da çıxış edəcək.
25 yaşlı Tilldən fərqli olaraq 26 yaşlı Rodriges Türkiyə futboluna yaxından bələddi. O 2019/20 mövsümünün ikinci dövrəsində icarə əsasında ''Ankaragücü''nün şərəfini qorumuşdu. Bundan başqa forvard bizim futbolsevərlərə də gözəl tanışdı. Rodriges ötən il DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdiyi 2 oyuna 3 qol vuraraq yığmamıza qənim kəsilmişdi. ''Eyupspor'' 1-ci liqada 5-ci pillədə qərarlaşıb və superliqaya yüksəlməyə namizəd klublardan sayılır.