“İmişli”nin Bakıya gəlməyə pulu yoxdu

27.03.2022 12:39 654
Ölkə futbolu / Manşet
Dünən pley-offun ilk qarşılaşmasında doğma meydanda “Cəbrayıl”a böyükhesabla məğlub olan “İmişli”nin Bakıda keçiriləcək cavab qarşılaşmasına gəlməmək ehtimalı böyükdü.

Rayonun eyni adlı komandasına yaxın mənbələrdən “Football-plus.az” saytına daxil olan məlumata görə, ilk oyun başa çatandan sonra imişlilər Cavid Hüseynovdan cavab qarşılaşmasının da bölgədə keçirilməsini xahiş edib. Ancaq “Cəbrayıl”ın baş məşqçisi təklifi geri çevirib. Belə olan halda “İmişli” rəhbərliyi maliyyə çətinliyi səbəbindən səfərə çıxa bilməyəcəklərini bildirib.

RƏŞAD