Duşan Vlahoviç Serbiya millisinin düşərgəsindən ayrılıb.
Buna “Yuventus”un 22 yaşlı hücumçusunun zədələnməsi səbəb olub. Müayinədən sonra onun qasıq nahiyyəsindəki problemə görə bir həftə ərzində meydana çıxa bilməyəcəyinə aydınlıq gəlib.
Duşan buna görə Serbiya yığmasının Macarıstan və Danimarka ilə yoldaşlıq oyunlarını buraxacaq.