• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Üstünlüyümüz onda idi ki, “Zirə” bir qədər yorğun idi" - Qurban Qurbanov

Premyer-liqa

19-03-2022, 21:0

Premyer-liqada 20-ci turun oyunları keçirilib.

"Zirə" doğma meydanda "Qarabağ"ı qəbul edib - 0:3. Qonaqların baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:

"Futbolçularımı təbrik edirəm, yaxşı oyun göstərdilər. Vacib qələbə qazandıq. Üstünlüyümüz onda idi ki, “Zirə” bir qədər yorğun idi. Son oyunları qara görə iki gün davam etmişdi. Çox yaxşı komandaya qalib gəldik. Hər iki komandaya uğurlar arzulayıram".

- “Sumqayıt”la təxirə salınmış oyunu da nəzərə alsaq, ikinci yerlə xal fərqi 12-yə çatır. Komandanı kökləmək nə qədər çətin olacaq?
- Ən narahat olduğun nüanslardan biri komandada arxayınlıq olmasıdır. Bunu aradan qaldırmaq üçün futbolçularla danışırıq. Xal itkisindən yox, futbolçuların inamsızlığına görə narahatam. Bu olanda oyunumuzdan uzaqlaşırıq. Futbolçularım get-gedə daha da peşəkarlaşır. İlboyu komandanı eyni səviyyədə saxlamaq çətindir. Bəzən futbolçular performansını itirir. Bu yöncə onlarla danışırıq. Peşəkarlıqları yaxşılaşırsa, bu hal yaşanmamalıdır. İndi onlardan daha çoxunu tələb edirəm.

- Milli fasilə dövründə demək olar ki, düşərgədə futbolçu qaılmayacaq. Bu, hazırləığınıza necə təsir edəcək?
- Çempionatın sonuna kimi məni ən çox narahat edən məqamdır. 5 futbolçu ilə qalacağıq, onlar da legionerlərdir. Oyundan-oyuna formamız yaxşılaşmışdı, bu arada futoblçuların millilərə getməsi klub olaraq bizə çox böyük zərbədir. Əlbəttə, bir tərəfdən də onların yığmaya gedişinə sevinirik. İnşallah, zədələr olmaz. Başqa tələblər altında məşq etmələri onları burdakı idman formalarından uzaqlaşdırır. Buna görə narahatam. Məşq prosesini necə aparacağımızın hyolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq.

- Rüstəm Əhmədzadə xeyli müddətdi, komandadadır, ancaq az oynayır...
- Onda bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı avr, sadəcə yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir etdi, çox pis idi. İndi-indi özünə gəlməyə başlayır. Adaptasiyası üçün vaxt lazım olacaq. Daha yaxşı olması üçün çalışacağıq.

- Klub tərəfindən ona bir təklif olmuşdu ki, ailəsini bura gətirsin?
- Mən özüm onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digər hissədi Kiyevdə idi. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları bura gətirmək problem idi. Heç kim üçün xoş deyil belə bir şeyin olması. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. İnşallah, müharibə tez bir zamanda bitər.

- Şahruddinlə Bədavi artıq sıraya dönüb. Futbolçu bolluğu sizə çətinlik yaratmayacaq?
- Təki məşqçi kimi problemim bu olsun. Məşq prosesi oyundan daha vacibdi. Orda istədiyim tələbləri yerinə yetirmirsə, oyunda düşündüklərimi edə bilmərəm. Futbolçularımın hazır olması məşq keyfiyyətini yaxşılaşdırır və oyunçuların ustalığını artırır. Bütün futbolçulara oynamaq imkanı yaradırıq. Onların sağlam olması digər oyunçuların səviyyəsini qaldırmağa kömək edir.

- “Neftçi” son oyunlarda ardıcıl qələbələr qazanır. Rəqabətin artması sizin üçün önəmlidirmi?
- Bütün komandalar bizə rəqibdir. Bu gün 3:0 qalib gəlsək də, meydanda mübarizə, sürət var idi. “Sabah”la qarşılaşma da çətin keçmişdi. Bir azərbaycanlı olaraq hər bir komandanın yaxşı səviyyəyə gəlməsinə sevinirəm. Son zamanlar 5-6 komandada məşqçilərin öz düşüncəsi görünür. Bunlara sevinirəm. Məqsədimiz bütün rəqiblərə qarşı ən yaxşı səviyyədə hazır olmaqdır. Daha çox özümüzü düşünürük, nəinki rəqibləri.

- Rəşad Sadıqovla şəxsi münasibətiniz hamıya bəllidir. Ona qarşı komanda hazırlamaq necədir? İlk yarıda komanda çox istəkli görünürdü...
- İkinci hissədə daha da istəkli idik.

- Danışıq apardığınız oyunçular varmı?
- Mətbuatda bəzən çox xəbərlər yayılır. İndi elə bir klub yoxdur ki, hər hansı futbolçu ilə maraqlanmasın. Eynilə biz də. Tez-tez hansı ölkələrdə hansı oyunçuların bizə uyğun olduğu ilə maraqlanırıq, bütün mövqelərə oyunçu axtarırır. Çünki düşünmədiyimiz problemlərlə üzləşirik. Ona görə də bütün mövqelər üzrə oyunçulara baxırıq, xəbər göndərir, maraqlanırıq. Bu, işimizin bir hissəsidir. Ancaq tam olaraq oyunçu adı çəkə bilmərəm. Bəzən şişirdilmiş xəbərlər yazılır.

- Abdulla Zubirin qardaşı da Azərbaycana gəldi. Onun bunda bir rolu var idi?
- Psixoloji tərəfdən ona faydası olacaq. Onun rolunun olduğuna yox deyə bilmərəm. Təklif edib. Zuriblə 2,5 illik müqaviləmiz var. Azərbaycan mentalitetinə, oyun üslubumuza uyğun futbolçudur. Belə hallara sevinirəm. İnşallah, daha yaxşı Zubir görərik.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-03-2022, 19:0

"Son sıralarda olmaq istəmirik" - Sənan Qurbanov

Premyer-liqa

18-03-2022, 22:0

“Qarabağ”a çatmaq çətindi" - Samir Abasov

Premyer-liqa

9-04-2022, 19:0

"İki tərəf də bir-birinə güzəştə getmirdi" - Murad Musayev

Premyer-liqa

24-04-2022, 23:0

"Bizə nə qədər çətindi anlayın" - Samir Abasov

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
Daha çox
Oxunub: 210
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 192
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə