Milli komandada Şahruddinlə Emili onlar əvəzləyəcəklər - AÇIQLAMA

18.03.2022 17:29 2 456
Aktual / Manşet
Premyer-liqada 20-ci turdan sonra fasiləyə yaranacaq.

Buna səbəb millinin təlim-məşq toplanışına yollanmasıdı. Amma hələ ki heyət açıqlanmayıb. U-18 millimizin qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədova Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin zədəsi ilə bağlı hansı qolkiperlərin çağırıla biləcəyi ilə bağlı sual ünvanladıq. Onun cavabı bizi təəccübləndirdi.

Mütəxəssis milliyə dəvət olunacaq üç qolkiperin adını bir növ ağzından qaçırdı:

“Yəqin ki, məlumatınız var. Amma eşitdiyimə görə, Səlahət Ağayev, Mehdi Cənnətov və “Qəbələ”nin qapıçısı Nicat Mehabalıyev ola bilər. Onlar milliyə çağırılacaqlar”.


SƏNƏM FƏRHADOVA