Premyer-liqa klubunun qapıçısı milliyə çağırıldı

15.05.2022 10:31 413
Ölkə futbolu
"Şamaxı"nın qapıçısı Stanislav Namaşko Moldova millisinin toplanışına çağırılıb.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda sözügedən ölkənin futbol federasiyasının rəsmi saytı xəbər yayıb. Moldova Millətlər Liqası hazırlıqlarını davam etdirir. Yekun heyət toplanışdan sonra dəqiqləşəcək.

Onlar iyunun 3-də Lixtenşteynlə, 6-da isə Andorra ilə üz-üzə gələcəklər.