• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yeni “1 nömrə” kim olmalıdı? - KÖŞƏ

Yazarlar

3-04-2022, 15:0

Malta toplanışı milli üçün rüsvayçılıqla başa çatdı.

Komanda hər iki oyunda dünya reytinqində özündən aşağı pillələrdə qərarlaşan Malta və Latviyaya uduzdu. Halbuki yığmaya dəvət olunan futbolçuların adlarını görüb nələrəsə ümid etmişdik. Amma “sən saydığını say, gör fələk nə sayır”...

İdman ictimaiyyətinin böyük əksəriyyəti düşünürdü ki, Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin yoxluğunda “çərçivə”də problemlər olacaq. Amma zənnimiz bizi yanıltdı. Həm də çox. İki oyunda da komandanın ən yaxşısı, sözsüz, Səlahət Ağayev oldu. Təcrübəsi və inamlı çıxışı ilə bəlkə də çoxdan gözlədiyi fürsətdən ən gözəl şəkildə istifadə etdi. Görünür, qapıçının çıxışı təkcə mənim yox, millinin baş məşqçisi Canni de Byazinin də diqqətini çəkib. Mütəxəssis hər iki qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Səlahəti yaxşıca təriflədi. Hətta Malta ilə qarşılaşmadan sonra bu sözlərlə ona inamını göstərdi:

“Qapıçıdan razı qaldım. Başqalarında qeyri-adi heç nə görmədik”.


Bu cümlənin altında gizli məna yatır. İtaliyalı çalışdırıcı klublarındakı çıxışları ilə “göz qamaşdıran” futbolçuları bu toplanışa dəvət etmişdi. Ağayev də bunlardan biridi. O, Stamenkoviçin gedişindən sonra “Sabah”ın əsas qapıçısına çevrilib. Qısa müddətdə inamlı oyunu ilə mediadan daha çox De Byazinin diqqətini çəkməyi bacarıb. Masazır təmsilçisinin oyunlarında millinin baş məşqçsinin gözü həmişə Səlahətin üzərində idi.


Bəndənizin bundan çıxardığı nəticə mütəxəssisin yığmaya yeni “1 nömrə” axtarışında olmasıdı. Şahruddinin zədə səbəbindən 3 aydan çoxdu yaşıl meydanlardan uzaq qalması buna əsas səbəbdi. Ancaq bunun da pərdəarxası məqamı var. Ötən ilin noyabrında De Byazi “CBC Sport”da qonaq olarkən aparıcı ona Şahruddinin yığmanın baş məşqçisi postuna Rəşad Sadıqovun layiq olduğunu söylədiyini çatdırmışdı. Təbii ki, bu məşqçinin heç də xoşuna gəlməmişdi və o, “düşünürəm ki, Şahruddin daha çox öz işinə diqqət ayırmalıdı” cavabını vermişdi. Fikrimcə, De Byazi məhz Məhəmmədəliyevin bu açıqlamasından sonra onu “gözdən çıxardı”. Təbii ki, “Qarabağ”ın qapıçısının uzun müddətə sıradan çıxması da millidəki mövqeyini itirməsiylə nəticələndi. Mövsümün ikinci yarısının böyük hissəsini zədə səbəbindən buraxan bir qapıçının iyunda start götürəcək Millətlər Liqasınında “1 nömrə” olacağı, fikrimcə, inandırıcı deyil. Həmçinin DÇ-2022-nin seçmə mərhələsində yol verdiyi kobud səhvlər də De Byazinin Şahruddinə onsuz da az olan inamını daha da azaltdığını düşünürəm. Emilin vəziyyəti isə hamıya aydındı. Uzun müddətdi ehtiyyatda qalan qolkiperin bu ilin əvvəlində zədələnməsi milliyə yolunu ən azı bu tsikl bağlayıb. Geridə isə qış mövsümündən bəri ən az qol buraxan “Zirə”dən Mehdi Cənnətov, “Qəbələ” və U-21-in qapıçısı Nicat Mehbalıyev və “Sabah”dan Səlahət Ağayev qalır...

Nicatın Millətlər Liqasında əsas qapı olmaq şansı çox azdı. Həm gənc və təcrübəsizdi, həm adi səhvlərlə yadda qalıb (“Sabah”, “Qarabağ” və “Neftçi”yə qarşı oyunlar), həm də qış fasiləsindən bəri çoxlu qol buraxıb. Bu isə onun əsas yığmaya yolunu bağlayır.

Mehdinin Millətlər Liqasında yer alacaq qapıçıların siyahısında olacağını düşünürəm. Amma onun da davamlı meydana çıxmaq şansı çox deyil. Səbəb milli təcrübəsinin azlığı və meydanda qapıçıya xas liderlik, komanda yoldaşlarına istiqamət vermək bacarığının olmamasıdı.

Fikrimcə, yığmanın yeni “1 nömrə”si məhz Səlahətdi və o da olmalıdı. Yuxarıda adı çəkilən qapıçılarda olmayan milli təcrübə, meydandakı özgüvən, liderlik və komanda yoldaşlarına istiqamət vermək bacarığı bu qolkiperdə var. Malta toplanışındakı uğurlu performansı da bunun sübutu idi. Həmçinin “Sabah”dakı inamlı oyunu ilə də yaxşı və güvəniləcək təsir bağışlayır. Görünən odu ki, De Byazi də ondan razı qalıb və Millətlər Liqasında yığmanın qapısını məhz Səlahətə tapşıracaq.


SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

18-03-2022, 17:0

Milli komandada Şahruddinlə Emili onlar əvəzləyəcəklər - AÇIQLAMA

Yığma

24-03-2022, 19:0

"Azərbaycan və Maltanı müqayisə etmək olmaz" - Malta millisinin baş məşqçisi

Ölkə futbolu

29-03-2022, 17:0

"Azlıqda qalmağımıza baxmayaraq, meydanda əsl komanda gördüm" - Canni de Byazi

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
Daha çox
Oxunub: 355
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə