"Barselona" İspaniya çempionatının 28-ci turunda "Osasuna"nın məğlub etməklə (4:0) 21-ci əsrin rekorduna imza atıb.
Bu barədə yerli mətbuat xəbər yayıb. Kataloniya təmsilçisinin son qolunu Riki Puç vurub. Beləliklə, "Barselona"da bu mövsüm 22 fərqli oyunçu rəqib qapılarına yol tapıb. "Barselona" bununla "Real"ın rekorunu qırıb. Madrid klubunda 2019/20 mövsümündə 21 futbolçu qol vurmağı bacarıb.