"Barselona" hücumçusunu 5 milyona satdı

9.06.2022 12:08 522
Dünya futbolu
"Barselona" futbolçusu Ferran Xutqlanı satıb.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı hücumçu Belçika "Brügge"sinə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Göy-qaralar" bu transfer üçün "Barselona"ya 5 milyon avro ödəyəcək.

Xutqla ötən mövsüm Kataloniya təmsilçisinin əsas komandası ilə 6 matça çıxıb və 1 qola imza atıb.