Millimiz seçmə mərhələnin son oyununda da uduzdu

1.12.2025 18:28 6
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan milli Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığmamız daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.