Ferstappenin atası narazıdı

3.09.2024 18:52 383
İdman
“Yaxşı mütəxəssislər komandanı tərk edir”

Üçqat dünya çempionu Maks Ferstappenin atası Yos “Red Bull”un Niderland mərhələsindəki tempindən narazı qalıb. İş ondadı ki, “öküzlər”in 26 yaşlı pilotu “Formula-1” üzrə dünya çempionatının 15-ci mərhələsində 2-ci yeri tutub. Maks “Maklaren”in pilotu Lando Norrisdən 22,896 saniyə geri qalıb. Ata Ferstappenin fikirləri:
“Çox güman, bunları deməməliyəm, ancaq deyəcəm. Mövsümün əvvəlindəki bolidə qayıtmaq faktı çox şeyi ifadə edir. Hazırda “Red Bull”da qətiyyən temp yoxdu. Bu komandanın rəhbərləri güzgüdə özünə yaxşı-yaxşı baxmalıdı. Maksın “Maklaren”lə rəqabətdə, sadəcə, şansı yox idi. Hər şey belə davam etsə, mövsümün qalan hissəsi “Red Bull” üçün çox çətin keçəcək. Yaxşı mütəxəssislər komandanı tərk edir. Orda başverənlərdən çox narazıyam. Vəziyyət çox ciddidi”.

295 xal toplayan Ferstappen hələ ki pilotların şəxsi zaçotunda liderlik edir. Norrisin 225, “Ferrari”nin pilotu Şarl Leklerin 192 xalı var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul