İngiltərədə uzun sürən təhqiqat sona çatmaq üzrədi.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” İngiltərə Premyer-Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bilinib. Bu haqda “The Athletic”in jurnalisti Devid Ornşteyn məlumat yayıb.
Onun sözlərinə görə, müstəqil komissiya klubun 115 ittihamın 114-ü üzrə təqsirli olduğuna qərar verib. MS-nin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir. Sanksiyalarla bağlı isə hələ qərar qəbul edilməyib. Komandanın premyer-liqadan kənarlaşdırılma da daxil olmaqla müxtəlif sanksiyalara məruz qalmaq ehtimalı var.
“Mançester Siti” bütün ittihamları növbəti dəfə rədd edib. Klubun mövqeyinə görə, proses hələ sona çatmayıb və qərardan apellyasiya veriləcək.
“Mançester Siti” premyer-liqadan kənarlaşdırılacaq?
Dünya futbolu






