Basketbol üzrə Avroliqada çıxış edən klubların sahibləri MBA-nın bu qurumu satın almaqla bağlı təklifini geri çevirib.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri İtaliyanın “La Gazzetta dello Sport” nəşri yayıb.
Avroliqanın qapalı iclası oktyabrın 5-də Komo gölünün yaxınlığındakı villada keçirilib. Adı çəkilən qaynaq iddia edir ki, MBA-nın təklifi klub rəhbərlərini razı salmayıb. Bununla belə, tərəflərin müzakirələri davam etdirməsi gözlənilir. Mümkün sövdələşmənin şərtləri açıqlanmayıb. SDNA isə xəbər verir ki, MBA-nın təklifi bütün iştirakçılar tərəfindən rədd olunub. Avroliqa həmçinin sıralarını daha 8 klub hesabına genişləndirəm planını müvəqqəti dayandırıb. Hazırda bu turnirdə 20 komanda çıxış edir.
Xatırladaq ki, bir müddət əvvəl MBA komissarı Adam Silver 2027-ci və ya 2028-ci ildə Avropa divizionunu işə salmaqla bağlı planı təsdiqləmişdi. Ötən ilin martında isə MBA və FİBA Avropada Avroliqa ilə rəqabət aparmalı olan yeni peşəkar liqanın yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyə başlayıb.
Avroliqa klubları MBA-nın təklifindən imtina etdi
İdman





