Basketbol üzrə Avroliqada mübarizə aparan klubların sahibləri MBA-nın bu turniri almaqla bağlı potensial təklifini gözdən keçirəcəklər.
“La Gazzetta dello Sport”un yaydığı xəbərə görə, Avroliqanın qapalı iclası oktyabrın 5-də keçiriləcək. Satınalma ilə bağlı rəsmi təklif isə MBA-nın İdarəedicilər Şurasının yaxınlarda keçiriləcək iclasından sonra istimailəşəcək.
Bir müddət əvvəl MBA komissarı Adam Silver 2027-ci və ya 2028-ci ildə Avropa divizionunun işə salınması ilə bağlı planın olduğunu təsdiqləyib. Ötən ilin martında MBA və Beynəlxalq Basketbol Federasiyası (FİBA) Avropada Avroliqaya alternativ ola biləcək yeni peşəkar liqanı yaratmaq imkanlarını öyrənməyə başlayıb.
MBA Avroliqanı almaq istəyir
İdman





