UEFA yeni turnir keçirməyi planlaşdırır.
Qurum avrokubokların qalibləri və MLS klublarının iştirakı ilə yarış yaratmaq istəyir. Çempionlar Liqasının və Avropa Liqasının qaliblərinin mövsümün əvvəlində oynayacağı Avropa Superkubokunu əvəz edəcək yeni turnirin yaradılması ideyası hazırda nəzərdən keçirilir.
Yeni yarışda dörd iştirakçının - Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqasının, həmçinin MLS-in qalibi olan komandanın oynaması planlaşdırılır.