Yenə sıradan çıxdı

8.02.2025 11:30 243
Dünya futbolu
David Alaba növbəti bəxtsizliklə üzləşib. “Real”ın futbolçusu yenidən sıradan çıxıb.

İspaniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, avstriyalı müdafiəçinin bud əzələsində zədə aşkarlanıb. 32 yaşlı futbolçunun təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, David 2023-cü il dekabrın 18-də dizinin çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən artıq müddətdə meydana çıxa bilməyib. Alaba sıraya yanvarda dönmüşdü.