Formallığı aradan qaldırdı

21.11.2026 20:20 0
Dünya futbolu
Bir neçə həftə əvvəl klubu ilə yenidən anlaşan Tibo Kurtua formallığı aradan qaldırıb.

"Football-plus.az" xəbər verir ki, “Real”ın rəsmi saytı qapıçı ilə müqavilənin yeniləndiyini xəbər verib. Təcrübəli futbolçu müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqaviləyə qol çəkib. Onun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Tibo “Real”a 2018-ci ildə “Çelsi”dən keçib. 34 yaşlı belçikalı qapıçı cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib və 4 matçda qapısını toxunulmaz saxlayıb.