“Real” rəhbərliyi Tibo Kurtua ilə bağlı qərarını verib.
“El Nacional”ın xəbərinə görə, Madrid klubu 33 yaşlı qapıçı ilə müqaviləsi qüvvədən düşəndə vidalaşmaq istəyir. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Xəbərdə bildirilib ki, belçikalı qapıçı özü də “Real”dan ayrılmaq haqda düşünür. Tibonun peşəkar karyerasına bağladığı “Genk”ə qayıtmaq, yaxud da karyerasını başa vurmaq variantı var.
Təcrübəli futbolçu “Real”a 2018-ci ildə “Çelsi”dən keçib.