"Turan Tovuz" Misli premyer-liqasının 12-ci turunda səfərdə "Şamaxı"nı məğlub etdi - 2:0.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdiyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Gözlədiyimiz kimi ağır oyun oldu. "Şamaxı" bu mövsüm daha aqressiv komandadı. Liderlərə qarşı oyunları da bunu təsdiqləyir. Qələbəyə görə çox sevinirik. Düzdü, səhvsiz olmadı. Amma istənilən halda qələbə yaxşıdı. Azlıqda qalandan sonra uşaqlar xarakter göstərdilər. Bu, çox şeydən xəbər verir.
- Xorxe Silvanın yersiz qırmızı vərəqə ilə komandanı pis vəziyyətdə qoyduğunu düşünmürsüz?
- Bu, yolverilməzdi. İstənilən halda oyunumuza təsir edəcəkdi. Birinci hissədə İbrahima Vaciyə qarşı provokasiya var idi. Provokasiyalara cavab vermək olmaz.
- Joarlem Santosun durumu necədi?
- Hələ konkret bir şey deyə bilmərəm. Boynunda problem var. Ümid edirəm ki, hər şey yaxşı olar.
"Provokasiyalara cavab vermək olmaz" - Kurban Berdıyev
Ölkə futbolu / Manşet





