"Şamaxı" Misli premyer-liqasının 12-ci turunda "Turan Tovuz"a uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Maraqlı oyun oldu. Çox təəssüflər olsun ki, uduzduq. Birinci hissədə uşaqlar yaxşı mübarizə apardılar. Demək olar ki, rəqibə qol imkanları yaratmaq üçün imkan vermədik. İkinci hissədə psixoloji tarazlıq pozuldu. Oyun üslübumuzda müəyyən axsamalar oldu. Amma yenə də yolumuza davam edəcəyik. Oyundan-oyuna belə hallara hazırlıqlı olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Amma biz daha güclü olmalıyıq.
- Fasilədə Ayman Bualini əvəzlədiz. Bu, zədə ilə bağlı idi?
- Belə qayda yoxdu ki, bütün futbolçularda hər şey alınsın. Buali birinci hissədə meydanda istədiklərimizi vermədi. Amma ondan razıyıq. Futboldu, əvəzetmə də olur. Daha yaxşısını etmək istədik. Necə alındığı artıq sonrakı məsələdi.
- Hakimliklə bağlı fikriniz necədi?
- Emin Əliyev gənc hakimlərimizdəndi. Səhv hamıda olur. Biz də səhv edə bilirik. bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrsə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm.
- Komandanız say üstünlüyü əldə etsə də, rəqib qol vurdu. Sizcə, niyə belə oldu?
- Komanda qol vurmağa tələsdi. Hücuma atıldıq. Gözlədiyimiz başımıza gəldi. "Turan Tovuz"un futbolçularının fərdi keyfiyyətlərini bilirik. Fərdi keyfiyyətin nəticəsində qol vurdular. Sevindirici hal odu ki, gənc futbolçu Hacıəli Şirəliyev bu gün debüt etdi. Buna sözün əsl mənasında sevinirəm.
- Fasilədə siz hakimlə müzakirə aparanda Yunis Hüseynov müdaxilə etdi. Orada nə baş vermişdi?
- Yunis müəllim bizim veteran futbolçularımızdandı. Meydançada bəzi şeyləri düzgün görməyib. O, elə düşünürdü ki, mən azarkeşləri qızışdırıram. Buna görə mənə iradını bildirdi. Məsələ bitdi. Azarkeşlərdən xahiş elədim ki, hakimlərə nəsə deməsinlər, ancaq komandamıza dəstək olsunlar. Həmişə düzgün nədirsə, onun arxasındayam.
"Yumis Hüseynov elə düşünürdü ki, azarkeşləri qızışdırıram" - Azər Bağırov
Ölkə futbolu / Manşet





