Elxan Səmədov "Şəfa"nın futbolçusunu mükafatlandırdı

21.11.2026 17:40 18
Ölkə futbolu
“Şəfa”nın futbolçusu Elnur Cəfərov Misli premyer-liqasında oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilib.

"Football-plus.az" xəbər verir ki, futbolçuya mükafat 12-ci turda keçirilən “Şəfa” - “Qəbələ” matçından əvvəl təqdim olunub.

Mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.