“Bavariya” üçün ikiqat itki

21.11.2026 19:17 0
Dünya futbolu
Bundesliqanın “Köln”lə cümə günü keçirilən oyunu “Bavariya” üçün ikiqat itki ilə yadda qalıb.

Football-plus.az" xəbər verir ki, Almaniyanın son çempionu evdə 1:1 hesablı heç-heçəyə razılaşmaqla 2 xal itirib. Komandanın hücumçusu Harri Keyn isə ağır zədə alıb. O, 2027-ci ilə qədər meydana çıxa bilməyəcək. “Sky Sport Deutschland”ın məlumatlna görə, ingiltərəli futbolçu təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

“Bavariya”nın baş məşqçisi Vensan Kompani də qarşılaşmadan sonra Keynin bir neçə ay komandasına kömək edə bilməyəcəyini təsdiqləyib. Klubun idman direktoru Maks Eberl isə hücumçunun baldırın böyük və kiçik sümüklərini birləşdirən sindesmoz bağlarının qopmasından əziyyət çəkdiyini açıqlayıb.