Ölkəmizi Çempionlar Liqasının liqa mərhələsində təmsil edən “Sabah” oktyabrın 20-də növbəti ev oyununa çıxacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində ilk qələbəsini qazanan “bayquşlar”ın “Slaviya” ilə oyununa cəmi 29670 azarkeş toplaşmışdı. Bəs Dortmund “Borussiya”sı ilə oyunda vəziyyət necə olacaq? Əslində mənzərəni təsəvvür etmək o qədər də çətin deyil...
“Borussiya” ilə oyunun biletləri oktyabrın 8-də satışa çıxarılıb. İndiki saata olan məlumata görə, satışda cəmi 2894 bilet qalıb.
15 manatlıq dəyərə malik biletlər üzrə 6 sektorda 1103 yer sahibini gözləyir. 40 manatlıq biletlər üzrə hazırda iki sektorda 1172 boş yer var. 50 manatlıq biletlər üzrə yalnız bir – 103-cü sektorda 117 yer qalıb. 75 manatlıq biletlərlə bağlı da vəziyyət eynidi - 102-ci sektorda 178 ədəd. 120 manatlıq biletlərdən 121-i sahibini tapmayıb. 500 manatlıq biletlərdən 194-ü qalıb.
Bundan başqa, bu gün 128 “skybox”a da bilet satışı başlayıb. Bu otaqların hər birində 15 yer var.
İSRAYIL XEYRULLAYEV
“Sabah” – “Borussiya”: 2894 bilet qaldı!
Avrokuboklar




