“Sabah” 30 min azarkeşlə “Hapoel”ə cəhənnəm yaşadacaq!

25.08.2026 14:31 111
Avrokuboklar / Aktual
“Sabah” bu gün Çempionlar Liqasının pley-offunun cavab görüşündə “Hapoel”i qəbul edəcək. Səfərdə 1:2 hesabıyla uduzan “bayquşlar” İsrail klubu ilə 31200 yerlik “Tofiq Bəhramov”da qarşılaşacaq.

Bəs bu oyuna neçə bilet satılıb? Neçə boş yer var? Hansı sektorlara bilet qalıb?

“Football-plus.az” olaraq, sizi yekun vəziyyətlə tanış edirik:

Biletlərin böyük hissəsi artıq satılıb və tribunalarda doluluq 93-95 faiz əşkil edir.

Artıq 30000-ə yaxın bilet satılıb, geriyə cəmi 1200 bilet qalıb.

Stadion üzrə satışda qalan yerlərin və qiymətlərin bölgüsü aşağıdakı kimidi:

1 manatlıq biletlər (açıq çəhrayı): 600–900 bilet (sol yuxarı və yan sektorlarda)

3 manatlıq biletlər (açıq bənövşəyi): 300–500 bilet (sağ və sol yan sektorlarda)

5 manatlıq biletlər (mavi): 80–200 bilet (yan və aşağı sektorlarda seyrək)

10 manatlıq biletlər (yaşıl): 0–25 bilet (demək olar ki, bitib)

15 manatlıq biletlər (sarı): 0–25 bilet (demək olar ki, bitib)

20 manatlıq biletlər (tünd bənövşəyi): 200–300 bilet (yan sektorların mərkəzə yaxın hissələrində)

30 manatlıq biletlər (qırmızı): 200–300 bilet (yuxarı mərkəzi tribunanın sağ və sol tərəflərində)

75 manatlıq biletlər (tünd mavi): 20–100 bilet (VIP/özəl mərkəzi hissələrdə tək-tük)

Xatırladaq ki, oyun 20.45-də start götürəcək.

İSRAYIL XEYRULLAYEV