“Qarabağ”ı tək qoymayaq, satışda hələ 10 min bilet var!

26.08.2026 23:00 86
Avrokuboklar / Aktual
Sabah “Tofiq Bəhramov”da keçiriləcək “Qarabağ” - “Tvente” oyununa artıq biletlərin çoxunun satıldığından xəbərdarsız. Amma 31200 yerlik stadionda hələ də sahibini gözləyən oturacaqlar var. Məlum olduğu kimi, bu dəfə də təxminən 400 yerlik 28-ci sektor rəqib azarkeşlər üçün ayrılıb. Yəni ümumillikdə satışa 30800-ə yaxın bilet satışa çıxarılıb.

“Football-plus.az” olaraq, bilet satışı ilə bağlı mövcud durumu sizin diqqətinizə çatdırırıq.

Təxmini qalan bilet sayısı: 10000

- Stadionun doluluq faizi: Təxminən 60-65% (biletlərin 35-40 faizi hələ satılmayıb)

- 5 manatlıq biletlər (açıq bənövşəyi/mavi): 6000–6500 bilet (əsasən qapı arxaları, yuxarı və yan geniş sektorlarda böyük sıxlıqla qalıb)

- 10 manatlıq biletlər (sarı): 400–600 bilet (aşağı tribunanın künc sektorlarında)

- 15 manatlıq biletlər (yaşıl): 1200–1500 bilet (aşağı tribunanın mərkəzə yaxın hissələrində)

- 20 manatlıq biletlər (tünd mavi): 1000–1200 bilet (aşağı ana tribunanın sağ və sol hissələrində)

- 50 manatlıq biletlər (qəhvəyi): 300–400 bilet (yuxarı VIP/Mərkəz tribunasında)

- 75 manatlıq biletlər (narıncı): 400–600 bilet (ana tribunanın mərkəzi sektorlarında)

- 100 manatlıq biletlər (qırmızı): 0–30 bilet (demək olar ki, tükənib)

- 150 manatlıq biletlər (bənövşəyi/VIP): 150–250 bilet (Mərkəzi VIP sektorda)

İSRAYIL XEYRULLAYEV