Artıq “Liverpul” onu qane etmir

20.11.2026 18:26 0
Dünya futbolu
Kostas Simikas mövsümün sonunda iş yerini dəyişməyi planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, o, yayda “Liverpul”dan ayrılmağı düşünür.

“Sport24.gr” saytının məlumatına görə, 30 yaşlı yunan müdafiəçi karyerasında yeni səhifə açmaqda qərarlıdı. Kostasın nəzərdən keçirdiyi ən ehtimal olunan variantlardan biri İspaniya çempionatıdı. Artıq bəzi klubların onu heyətinə qatmaq üçün mövcud variantları araşdırdığı bildirilir.

Simikas “Liverpul”a 2020-ci ildə transfer olunub. Onun müqaviləsinin müddəti gələn yaya qədərdi.