Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun “Mançester Yunayted” – “Sabah” qarşılaşması üçün biletlərin satışa çıxarıldığını yazmışdıq.
Maraqlıdı, bəs, 74 min 158 yerlik “Old Trafford”da keçiriləcək matçda “bayquşlar”ı nə qədər azarkeş dəstəkləyə biləcək?
Bu sualı “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında qonaq tərəfdarlar üçün 4-5 min civarında bilet sifariş edə biləcəklərini dedi. Həmkarımızdan həm də komandanı “Mançester Yunayted”lə matçda dəstəkləmək niyyəti ilə müraciətlərin olub-olmadığını soruşduq. Onun sözlərinə görə bu yöndə dəqiq say yaxın günlərdə müəyyənləşəcək.
Xatırladaq ki, “Mançester Yunayted” – “Sabah” matçı sentyabrın 10-da keçiriləcək. Bu oyun üçün ən ucuz biletin qiyməti 63, ən bahanın qiyməti isə 299 avro təşkil edir.
KƏNAN BAHADIR
“Old Trafford”da 4-5 min “Sabah” azarkeşi ola bilər! – Mançesterə yollanmağa hazırlaşın...
Avrokuboklar / Aktual






